“Biz Qərb tərəfindən Kiyevin müharibə maşınını alovlandıran hər bir şeyi məhv etmək metodlarımızı daha da sərtləşdirəcəyik. Biz artıq bunu edirik”.
“İnterfaks“ xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.
Müharibənin nə vaxt bitəcəyi ilə bağlı danışan Lavrov vurğulayıb ki, Rusiya ancaq münaqişənin uzunmüddətli, etibarlı və davamlı həll yolu tapıldıqda dayanacaq.
O, Rusiya Prezidenti Vladimir Putinin ABŞ-ın Yaxın Şərq üzrə xüsusi elçisi Stiv Uitkoffu və Cerad Kuşneri qəbul etməyə hazır olduğunu da bildirib.
“Biz onlarla danışmaqdan imtina etmirik. Onlar bilirlər ki, əgər gəlsələr, Rusiya Prezidenti onları yenə də qəbul etməyə hazırdır. Onların nə gətirdiyi isə, başqa bir məsələdir”, - Lavrov qeyd edib.
Qeyd edək ki, Uitkoffla Kuşnerin Moskva və Kiyevə səfər edəcəyi ilə bağlı xəbərlər yayılıb.