Rusiyanın xarici işlər naziri Sergey Lavrov Avropa İttifaqı ölkələrinə məxsus tankerlərin ələ keçirilə biləcəyi barədə xəbərdarlıq edib.
Lavrov bu fikirləri Rusiyanın dövlət televiziyasına müsahibəsində səsləndirib.
Nazir Aİ-nin iyul ayında Rusiyaya qarşı qəbul etdiyi 21-ci sanksiyalar paketi çərçivəsində üzv ölkələrə Rusiya ticarət gəmilərinin saxlanılması və onların daşıdığı yüklərin satılması imkanının verilməsi ilə bağlı danışıb.
Lavrov Rusiyanın neft daşıyan gəmilərdən ibarət donanmasının “kölgə donanması” adlandırılmasını da qəbul etməyib. O, bu ifadənin beynəlxalq hüquqda hər hansı hüquqi əsasa malik olmadığını bildirib və Brüsseli qəbul etdiyi qərarları beynəlxalq hüququn prinsiplərindən üstün tutmaqda ittiham edib.
“Rusiya Prezidenti çox açıq və sakit şəkildə bəyan edib ki, biz bu quldurluq və soyğunçuluğa cavab verəcəyik”, – Lavrov deyib.