Advertisment

Moskvada PUA təhlükəsi - Hava limanlarında məhdudiyyət tətbiq olunur

Moskvanın Vnukovo, Domodedovo, Şeremetyevo və Jukovski hava limanlarında təyyarələrin qəbulu və yola salınmasına müvəqqəti məhdudiyyətlər tətbiq edilib.

Bu barədə Rusiya Federal Hava Nəqliyyatı Agentliyi (Rosaviasiya) məlumat yayıb.

Agentlik məhdudiyyətlərin uçuşların təhlükəsizliyinin təmin edilməsi məqsədilə tətbiq olunduğunu bildirib. Qərarın nə qədər müddət qüvvədə qalacağı barədə məlumat verilməyib.

Məhdudiyyətlər Moskva və ətrafında Ukraynaya məxsus pilotsuz uçuş aparatlarının (PUA) hücumu barədə məlumatların yayıldığı vaxt tətbiq edilib.

Rusiya rəsmiləri isə hava hücumundan müdafiə sistemlərinin Moskva istiqamətində hərəkət edən bir sıra PUA-ları vurduğunu açıqlayıblar.