"Admiral Kasatonov" freqatı uzun səyahətdən sonra Severomorska qayıdıb.
Herbiand.az bu barədə Rusiya Müdafiə Nazirliyinə istinadən bildirir.
Məlumata görə, Şimal donanmasının baş komandanı admiral Konstantin Kabantsov gəmi heyətini təbrik edərək səyahətin artan beynəlxalq siyasi gərginlik fonunda baş tutduğunu qeyd edib.
Freqatın səyahəti 130 gün davam edib. Bu müddət ərzində gəmi dəfələrlə Danimarka boğazlarını, La-Manş və Cəbəllütariqi keçib, həmçinin gəmiləri Suriyanın Tartus şəhərindəki bazasına müşayiət edib.
Freqat Barents, Norveç, Şimal, Baltik, Kelt və Aralıq dənizlərində, eləcə də Atlantik okeanında fəaliyyət göstərib.
Bəxtiyar CƏFƏRLİ