Advertisment

Bəqai: ABŞ-ın yanacaq dolduran təyyarələrinin Bolqarıstanı tərk etməsi ilə bağlı məlumatlarımız var

ABŞ-ın yanacaq dolduran təyyarələrinin Bolqarıstanı tərk etməsi ilə bağlı məlumatlar var.

Herbiand.az -ın xəbərinə görə, bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai bu gün mətbuat konfransında bildirib.

O, bir neçə təyyarənin Bolqarıstan ərazisini tərk etdiyini təsdiqləyən məlumatların olduğunu deyib.

Bəqai qeyd edib ki, bir çox Bolqarıstan vətəndaşı və siyasətçinin də etiraf etdiyi kimi, bu təyyarələrin İrana hücum üçün Bolqarıstan ərazisində yerləşdirilməsi beynəlxalq hüquqa ziddir və bu addım, ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatlarına dəstək kimi qiymətləndirilir.

İran XİN sözçüsü beynəlxalq hüquqa əsasən, istənilən təcavüzkar hərəkətin başlanğıc nöqtəsini və mənbəyini hədəfə almağın İranın qanuni hüququ olduğunu bildirib.

Bəqayi həmçinin, müharibənin baş çatmaq ehtimalı barədə də danışıb.

Onun sözlərinə görə, İran heç bir müharibəyə başlamayıb və yalnız öz suverenliyini və ərazi bütövlüyünü müdafiə edib.

“Buna görə də təcavüzkar tərəf öz əməllərinə görə məsuliyyət daşımalıdır”, - Bəqai vurğulayıb.

Bundan başqa, rəsmi Tehranın təzyiq qarşısında geri çəkilməyəcəyi diqqətə çatdırılıb.