Advertisment

ABŞ-dan Moskvaya gözlənilməz səfər

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (CIA) direktoru Con Retkliff Rusiya rəsmiləri ilə danışıqlar aparmaq məqsədilə Moskvaya gözlənilməz səfər edib.

ABŞ mediasına açıqlama verən və səfər barədə məlumatlı olan amerikalı rəsmi Retkliffin gecə saatlarında Moskvaya yola düşdüyünü təsdiqləyib.

Rəsmi səfərin məqsədi, müzakirələrin məzmunu və tərəflərin hansı məsələləri gündəmə gətirdiyi barədə əlavə məlumat verməyib. CIA də Retkliffin səfəri ilə bağlı hər hansı açıqlama verməkdən çəkinib.

Bu, Donald Tramp administrasiyası dövründə Retkliffin CIA direktoru kimi Rusiyaya ilk məlum səfəridir.

Səfərin Rusiya-Ukrayna müharibəsinin sona çatdırılması ilə bağlı danışıqların dalana dirəndiyi bir vaxta təsadüf etdiyi bildirilir.

Məlumata görə, Retkliffin səfərindən əvvəl Vaşinqton Ukraynadan Moskva və Rusiyanın şimalındakı digər şəhərlərə qarşı dron və raket hücumlarını müvəqqəti dayandırmağı istəyib. Məsələ ilə tanış mənbə ABŞ-nin bu tələbinin bazar ertəsindən çərşənbə gününədək olan dövrü əhatə etdiyini bildirib.

Bundan əlavə, Ukrayna rəsmilərinin yüksəkvəzifəli ABŞ rəsmisinin Rusiyaya səfər edəcəyi barədə əvvəlcədən məlumatlandırıldığı qeyd olunub.