Rusiya və Ukrayna arasında “103-ə 103” prinsipi ilə əsir mübadiləsi həyata keçirilib.
Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, mübadilə Birləşmiş Ərəb Əmirliklərinin vasitəçiliyi ilə baş tutub.
Mübadilə çərçivəsində azad edilən rusiyalı hərbçilər hazırda Belarusdadır. Onlara tibbi və psixoloji yardım göstərilir. Lazımi prosedurlar başa çatdıqdan sonra onların Rusiyaya aparılacağı bildirilib.