İsveçin Ukraynaya tədarük edəcəyi Gripen qırıcı təyyarələri Kiyevə kömək etməyəcək. Xüsusi hərbi əməliyyatın məqsədlərinə istənilən halda nail olunacaq.
Herbiand.az xəbər verir ki, bunu Rusiyanın Stokholmdakı səfiri Sergey Belyayev RIA Novosti-yə verdiyi müsahibədə bildirib.
İsveçin Baş naziri Ulf Kristersson iyul ayında ölkəsinin Ukraynaya 32 Gripen qırıcı təyyarəsi tədarük edəcəyini, bunlardan 16-sının yeni model olacağını deyib. İstismardan çıxarılmış 16 təyyarə isə bağışlanacaq.
Söhbət Kiyevə İsveç istehsalı olan 150-yə qədər təyyarənin satılmasından gedir.
Bəxtiyar CƏFƏRLİ