Ermənistanın Kotayk Regional Prokurorluğu avqustun 7-də Qaqik Tsarukyan və onunla əlaqəli şəxslərə məxsus bir sıra daşınmaz əmlakla bağlı əməliyyatların və hərracların etibarsız hesab edilməsi tələbi ilə Korrupsiyaya Qarşı Mübarizə Məhkəməsinə müraciət edib.
Bu barədə Ermənistan Baş Prokurorluğu məlumat yayıb.
Prokurorluğun iddiasında Arınc Mall ərazisində yerləşən “Firma New” MMC-yə məxsus 3,5 hektarlıq torpaq sahəsinin 4 oktyabr 2015-ci ildə keçirilmiş hərracının etibarsız sayılması tələb olunur. Bildirilir ki, həmin torpaq sahəsi Torpaq Məcəlləsinin 60-cı maddəsinə əsasən özgəninkiləşdirilməsi qadağan olunan əmlaklar siyahısına daxil edilib.
İddiada, həmçinin Qaqik Tsarukyanla “Firma New” MMC arasında 2 oktyabr 2025-ci ildə bağlanmış müqavilənin də etibarsız hesab edilməsi tələb olunur. Söhbət daşınmaz əmlakın şirkətin nizamnamə kapitalına qeyri-pul töhfəsi kimi verilməsi ilə bağlı müqavilədən gedir.
Korrupsiyaya Qarşı Mübarizə Məhkəməsi avqustun 19-da iddianı icraata qəbul edib.