ABŞ-ın Ukrayna üzrə keçmiş xüsusi nümayəndəsi Kit Kelloq bildirib ki, Donald Tramp Vladimir Zelenskiyə Ukrayna Silahlı Qüvvələrini Donbassdan çıxarmaq üçün təzyiq göstərməyib.
Herbiand.az bildirir ki, bu barədə Clash Report nəşri yazıb.
"O, şəxsən prezident Zelenskiyə Donbassı və ya Donetsk bölgəsini könüllü olaraq təslim etmək üçün təzyiq göstərməyib. Deyəsən, bu, Alyaska sammiti zamanı aydın oldu", - Kelloq deyib.
Bununla belə, o, vurğulayıb ki, Ağ Ev rəhbəri münaqişəni həll etmək üçün bütün mövcud diplomatik vasitələrdən istifadə edəcək.
Bəxtiyar CƏFƏRLİ