Advertisment

Tramp İranı hədələyib: Onları çox sərt vuracağıq

ABŞ ötən gecə İranın həyata keçirdiyi hücumlara cavab verəcək.

Bunu ABŞ Prezidenti Donald Tramp “Fox News”a açıqlamasında deyib.

“Biz onları çox sərt vuracağıq”, - Tramp deyib.

Qeyd edək ki, ötən gecə ABŞ İranın Larak adasında raket qurğularını hədəfə alan hücumlar həyata keçirib. İran isə ABŞ-ın İordaniyadakı hərbi mövqelərinə zərbələr endirib.