Advertisment

Rusiyanın münaqişələrdə qazandıqları və itirdikləri nədir?

Rusiyanın 1991-ci ildən 2000-ci ilə qədər başı daxili problemlərinə qarışmışdı. Məsələn, çeçen müharibəsi, Dnesteryanı torpaqlarda böhran. Putin hakimiyyətə gəldikdən sonra Rusiya regional gücdən, qlobal gücə çevrildi. Bu, özünü, əsasən 2007-ci il Münhen konfransında qərbin Rusiyaya güzəştə getməsində təzahür etdi. Tarixi təsadüfə baxın, 1938-ci ildə yenə Münhen konfransında İngiltərə və Fransa Almaniyaya güzəştlər etdilər. Bu güzəşt İkinci Dünya müharibəsinə gedən yolda nəhəg daşı oldu. Yenə maraqlıdırki, hər iki Münhen konfransından bir il sonra güzəşt olan ölkələr təcavüzkara çevrildilər. 2008-ci ildə Rusiya Gürcüstana hücum etdi və Apxaziya ilə Cənubi Asetiyanın Gürcüstandan ayırdı. Tarixən Qafqazın mərkəzlərindən olan, Tiflisə rus əsgərlərinin çəkmələrinin görünməsi, dünyada şok effekti yaratdı. Rusiyanın nüfuz dairəsində olan ölkələrin zəngin təbii sərvətləri əlbəttə, Rusiya üçün qazanc mənbəyidir. Lakin onuda qeyd etmək lazımdır ki, Rusiyanın özünün təbii sərvətləri nüfuz dairəsində olan ölkələrdən qat-qat çoxdur. Görünən odur ki, Rusiya nüfuz dairəsində olan ölkələrdən dünyanın siyasi səhnəsində bir rıçaq kimi istifadə edir. 2014-cü il (Rusiyanın Krımı ilhaqı və Şərqi Ukraynadaki separatçı rejimi dəstəkləməsi) etibarən Rusiyanın özünə qarşı böyük sanksiyalar qoyuldu; Xüsusi ilə də Putin admistrasiyasına yaxınlıqı ilə bilinən bir çox rus oliqarxına qarşı tətbiq olunan sanksiyalar ölkə daxilində ciddi narazılıq yaratdı. Artıq bir çox sadə rus vətəndaşı düşünməyə başladı: "Axı bizim Moldovada, Gürcüstanda, Ukraynada nə işimiz var?!" İkinci bir tərəfdən Aliksey Navalin fiqurunun Rusiyada populyar olması da Putinin işini çətinə salırdı. Nəticə etibarı ilə, münaqişələrdən gəlir və rıçaq və Rusiyanın əldə etdiyi qazanc, ölkə daxilində Putinə qarşı müxalifətin güclənməsi isə Rusiyanın demək olar ki, itkiləridir.

Xətai AZAYEV