NATO ölkələri Şimali Alyansın hava məkanına daxil olan Rusiya hərbi təyyarələrinin vurulması variantlarını nəzərdən keçirir.
Herbiand.az bildirir ki, bunu Avropa Komissiyasının sədri Ursula fon der Leyen bəyan edib.
Politico xəbər verir ki, fon der Leyen Aİ ölkələrinin hərbi əməliyyatlarına rəhbərlik etmək səlahiyyətinə malik deyil. Lakin onun bu məsələ ilə bağlı fikri blokun icra rəhbəri kimi böyük əhəmiyyət kəsb edir.
O, CNN-ə açıqlamasında qeyd edib ki, Avropa ölkələri hər kvadrat santimetr ərazini müdafiə etməlidir: “NATO hava məkanını işğal edən təyyarələr çox aydın xəbərdarlıqdan sonra vurulmalıdır. Hesab edirəm ki, Rusiya uzun illərdir ki, Avropa İttifaqı və digər ölkələrdəki demokratiyalara qarşı hibrid müharibə aparır”.
Qeyd edək ki, bundan əvvəl ABŞ prezidenti Donald Tramp da NATO ölkələrinin öz hava məkanında Rusiya hərbi təyyarələrini vurmaq hüququna malik olduğunu bəyan edib.
Bəxtiyar CƏFƏRLİ