Advertisment

"Qarabağ" o sektorlara azad olunan rayonların adlarını verdi

"Qarabağ" avrokuboklarda ev oyunlarını keçirdiyi Tofiq Bəhramov adına Respublika stadionunda bəzi yeniliklər edib.

Herbiand.az xəbər verir ki, bu haqda klubun yaydığı açıqlamada bildirilib.

UEFA Çempionlar Liqasının Liqa mərhələsi çərçivəsində oktyabrın 1-də keçiriləcək “Qarabağ” – “Kopenhagen” (Danimarka) oyunu öncəsi tribunalardakı bəzi sektorların yerləri və adları dəyişdirilib.

Bundan sonra tribunalar belə adlandırılacaq

VIP sektorlar:
Qubadlı VIP
Zəngilan VIP
Füzuli VIP
Cəbrayıl VIP
Xocalı VIP
Laçın VIP
Kəlbəcər VIP

VVIP sektorlar:
Ağdam VVIP
Şuşa VVIP
Xankəndi VVIP

Biletlər bu gün saat 15:00-dan satışda olacaq və azarkeşlər iTicket.az mobil tətbiqi vasitəsilə onlayn biletlərini əldə edə bilərlər.

Qiymətlərlə bağlı daha sonra ətraflı məlumat veriləcək.