Türküstan şəhərində Qazaxıstan, Azərbaycan, Macarıstan, Qırğızıstan, Türkiyə, Türkmənistan və Özbəkistan prokurorluqları nümayəndələrini bir araya gətirən dövlət ittihamçılarının I Beynəlxalq Forumu keçirilir.
Herbiand.az Qazaxıstan Respublikası Baş Prokurorluğunun mətbuat xidmətinə istinadla xəbər verir ki, forum iştirakçıları iki gün ərzində insan hüquqlarının müdafiəsi ilə bağlı fikirlərini və praktiki həllərini bölüşəcəklər.
Forumu giriş sözü ilə Qazaxıstanın Baş prokuroru Berik Asılov açaraq bu tədbirin milli ədliyyə sisteminin inkişafı və beynəlxalq əməkdaşlığın gücləndirilməsi baxımından əhəmiyyətini vurğulayıb. O qeyd edib ki, keçirilən tədbir hüquq-mühafizə orqanlarının fəaliyyətinin səmərəliliyinin artırılması üçün müxtəlif ölkələrin dövlət ittihamçıları arasında təcrübə mübadiləsi və əlaqələrin gücləndirilməsi baxımından unikal imkan yaradır.
Forumun proqramına rəqəmsallaşma və hüquq sferasında yeni texnologiyaların tətbiqi ilə bağlı müzakirələr, təlim sessiyaları, interaktiv sorğu və viktorinalar daxildir.