Advertisment

İspaniyanın Baş naziri: Miqrantlar olmasa, Aİ iqtisadiyyatı durğunlaşacaq

Avropa İttifaqının ölkələri miqrantları qəbul etməsə, Aİ-nin iqtisadiyyatı durğunlaşacaq.

Herbiand.az xəbər verir ki, bu sözləri İspaniyanın Baş naziri Pedro Sançes “Bloomberg” telekanalına müsahibəsində deyib.

O, İspaniyada immiqrasiya əleyhinə siyasət tələb edən sağçı partiyaların populyarlığı ilə bağlı sualı cavablandırarkən bildirib: “Miqrantların iqtisadiyyata verdiyi töhfəni rədd etsək, Aİ yaxın illərdə sadəcə olaraq durğunlaşacaq. Bizim artım üçün imkanımız olmayacaq”.

İspaniyanın Baş naziri bəyan edib ki, bu partiyaların nümayəndələri işsizliyə və pisləşən demoqrafik vəziyyətə həll yolları təklif etmirlər. O qeyd edib ki, tikinti, kənd təsərrüfatı, sosial təminat, turizm kimi bəzi əsas iqtisadi sektorlarda miqrantların işçi qüvvəsində xüsusi çəkisi 20-30%-ə qədərdir.

Sançesin sözlərinə görə, miqrantların əksəriyyəti İspaniyaya Latın Amerikası, Şimali Afrika, həmçinin ABŞ-dan gəlir.