ABŞ və Kanada Hava Hücumundan Müdafiə Komandanlığının məlumatına görə, Rusiyanın iki Tu-95 strateji bombardmançı təyyarəsi və iki Su-35 qırıcısı Alyaska sahillərində hava hücumundan müdafiə zonasında görüntülənib.
Herbiand.az xəbər verir ki, məlumata görə, Rusiya təyyarəsinin qarşısını almaq üçün ABŞ dörd F-16, bir E-3 kəşfiyyat təyyarəsi və dörd KC-135 yanacaq daşıyan təyyarəsini havaya qaldırıb.
“Bild” nəşri Komandanlığa istinadın xəbər verir ki, Rusiya təyyarəsi beynəlxalq hava məkanında qalıb, ABŞ və Kanada sərhədlərini pozmayıb.