Danimarkanın şimalındakı Olborq hava limanı yaxınlığındakı hava məkanında naməlum dronların olması ilə bağlı xəbərlərə görə qısa müddətə bağlanıb.
Herbiand.az Avropa mediasına istinadən xəbər verir ki, məhdudiyyətlər bu axşam saat 23:40-dan etibarən qüvvəyə minib. Yerli vaxtla saat 00:35-də məhdudiyyətlər aradan qaldırılıb.
FlightRadar24 uçuş izləmə xidmətinin məlumatına görə, məhdudiyyətlər səbəbindən Olborqa uçan ən azı iki reysin qrafiki pozulub
KL1289 reysi Amsterdama qayıdıb, Kopenhagendən SK1225 reysi isə ləğv edilib.
Bu, Danimarka hərbi bazasının yerləşdiyi Olborq yaxınlığında naməlum dronlarla bağlı ikinci həyacanlı gecədir.
Məlumata görə, sentyabrın 25-nə keçən gecə Olborg, Esbjerg və Sönderborg hava limanları yaxınlığında, həmçinin Skrydstrup aviabazasının üzərində pilotsuz uçuş aparatları müşahidə edilib. Onların hamısı ölkəni tərk edə bilib.
Naməlum obyektlərin buraxılış yeri məlum deyil.