Almaniyanın Rheinmetall müdafiə şirkəti Latviyanın Valsts Aizsardzības Korporācija (Milli Müdafiə Korporasiyası, VAK) ilə Latviyada silah-sursat fabriki tikmək üçün müqavilə imzalayıb. Şirkətlərin nümayəndələri sənədləri cümə axşamı, sentyabrın 25-də Hamburqda Latviyanın baş naziri Evika Silinanın iştirakı ilə imzalayıblar.
Herbiand.az “Alman dalğası”na istinadən xəbər verir ki, fabrikin tikintisinə 2026-cı ilin yazında, bir ildən sonra istehsalına başlanacağı gözlənilir. Layihə 275 milyon avro investisiya cəlb edəcək və təxminən 150 iş yerinin yaradılması gözlənilir. Zavod ildə on minlərlə NATO ölkələrinin istifadə etdiyi 155 mm-lik artilleriya mərmisi istehsal etmək gücündə olacaq.
“Rheinmetall” Waffe Munition GmbH zavodda 51%, Latviyanın Valsts Aizsardzības Korporácija isə 49% pay alacaq. Zavod Latviyanın özünün artilleriya mərmi istehsalı xəttinə çevrilərək, onun müdafiə qabiliyyətini gücləndirəcək.