Advertisment

Kiyevə hücumda ölənlərin və yaralananların sayı artıb

Rusiya ordusunun Kiyevə endirdiyi zərbələrdən sonra baş verən partlayış və dağıntılar nəticəsində ölənlərin sayı 4-ə, yaralıların sayı 29 nəfərə çatıb.

Yaralılardan ikisi uşaq (7 və 10 yaşında), biri isə hamilə qadındır.

Herbiand.az Ukrayna mənbələrinə istinadən xəbər verir ki, bu barədə Kiyevin meri Vitali Kliçko məlumat yayıb.

Dağıntılar altında hələ də insanların ola biləcəyi ehtimalı var. Buna görə də xilasetmə işləri davam edir.