Advertisment

Kolumbiya prezidenti: “Minlərlə kolumbiyalı Ukraynada döyüşərək mənasız şəkildə həlak olur”

Kolumbiya prezidenti Qustavo Petro ölkəsinin bir neçə min vətəndaşının Ukrayna münaqişəsində Ukrayna Silahlı Qüvvələrinin tərəfində muzdlu əsgər kimi iştirak etdiyini açıqlayıb.

Herbiand.az bildirir ki, dövlət başçısı bu barədə sosial şəbəkə hesabında yazıb.

"Hərbi təlim keçmiş yeddi min kolumbiyalı başqasının müharibəsində vuruşur və Ukraynada mənasız şəkildə həlak olur. Biz ölüm ixracatçısı olmaq istəmirik", - Kolumbiya prezidenti qeyd edib.

O, vurğulayıb ki, Kolumbiyanın özündə muzdlu fəaliyyət qanunla qadağandır: “Ölkə 2026-cı ilin mart ayında bu cür fəaliyyətlərin cəlb edilməsi və maliyyələşdirilməsinə qarşı Beynəlxalq Konvensiyaya qoşulub”.

Bəxtiyar CƏFƏRLİ