Advertisment

Rusiyada xüsusi hərbi əməliyyat iştirakçılarının borcları silinəcək

Rusiya Dövlət Duması ilk oxunuşda və ümumilikdə bu ilin may ayında müqavilə imzalayan xüsusi hərbi əməliyyat iştirakçılarının əvvəl götürülmüş kreditlər üzrə öhdəliklərinə xitam verən qanun qəbul edib.

Herbiand.az bildirir ki, sənəd müxtəlif fraksiyalardan olan bir qrup deputat tərəfindən təqdim edilib. Qanun xüsusi hərbi əməliyyatın yeni iştirakçılarını və ailə üzvlərini dəstəkləməyi hədəfləyir.

Yeni qanun 1 may 2026-cı il tarixindən əvvəl ən azı bir il müddətinə müqavilə imzalayan xüsusi hərbi əməliyyat iştirakçılarını və onların həyat yoldaşlarını kredit öhdəliklərindən azad edir. Məbləğ 10 milyon rubldan çox olmamalıdır.

Qanun rəsmi dərc edildiyi gündən qüvvəyə minəcək.

Bəxtiyar CƏFƏRLİ