Bu ilin I rübündə Azərbaycanda elektron satınalmalar nəticəsində dövlət büdcəsinə qənaət edilmiş məbləğ ötən ilin eyni dövrünə nisbətən 63,8 % artaraq 114,5 milyon manat təşkil edib.
Herbiand.az bu barədə Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə istinadən xəbər verir.
Yanvar-mart aylarında satınalmalarda ehtimal olunan qiymətin xüsusi çəkisi isə 16,7 % olub.
"2025-ci ilin eyni dövrü ilə müqayisədə bu göstərici üzrə 4,9 faiz bəndi artımın qeydə alınması müvafiq sahədə həyata keçirilən tədbirlərin effektivliyini bir daha təsdiq edir. Dövlət satınalmalarında qənaət məbləği maliyyə resurslarının düzgün planlaşdırılması ilə dövlət xərclərinin məqsədyönlü istifadəsinin göstəricilərindən biridir", - deyə məlumatda qeyd olunub.