ABŞ ordusu İranın yeraltı obyektlərinə zərbələr endirərkən bunker əleyhinə sursatlardan ehtiyatla istifadə edib, çünki Asiyada Çin və Şimali Koreyaya qarşı potensial hərbi əməliyyatlar üçün onları qorumağa məcbur olub.
Herbiand.az bildirir ki, bu barədə The New York Times (NYT) mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, ABŞ ordusu bu sursatların bəzilərindən istifadə edib, lakin hərbi strateqlər bunker əleyhinə məhdud bomba ehtiyatı səbəbindən əməliyyatlar planlaşdırarkən "çətin seçim" ilə üzləşiblər. Sursat çatışmazlığı Pentaqonu yeraltı obyektləri tamamilə məhv etmək əvəzinə, onların girişlərinə zərbələr endirməyə məcbur edib. Qəzetə danışan ABŞ rəsmiləri bu cür zərbələrin qarışıq uğur qazandığını vurğulayıblar.
Bəxtiyar CƏFƏRLİ