Advertisment

Bir gecədə 286 dron vurulub

13 may gecəsi Rusiya bölgələri üzərində 286 Ukrayna dronu məhv edilib.

Herbiand.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumatda deyilir: Dünən gecə, 12 may Moskva vaxtı ilə saat 20:00 ilə 13 may Moskva vaxtı ilə saat 07:00 arasında hava hücumundan müdafiə xəbərdarlıq sistemləri 286 Ukrayna stasionar qanadlı PUA-nı məhv edib.

Qeyd olunur ki, pilotsuz təyyarələr Belqorod, Bryansk, Voronej, Kursk, Rostov, Tambov, Yaroslavl, Oryol, Tula, Kaluqa, Ryazan, Həştərxan vilayətləri, Krasnodar diyarı, Kalmıkiya respublikaları, Krım, Qara dəniz suları və Azov dənizi əraziləri üzərində vurulub.