ABŞ Prezidenti Donald Tramp Qəzza Zolağında yenidənqurma işlərinə nəzarət etmək üçün "Sülh Şurası"nın yaradıldığını elan edib. Bu strukturun yaradılması beynəlxalq qüvvələrin yerləşdirilməsi ilə yanaşı, Trampın Qəzza üçün sülh planının bir hissəsidir. ABŞ Prezidentinin özü "Sülh Şurasına" sədrlik edəcək.
Herbiand.az xəbər verir ki, bu barədə Donald Tramp öz sosial hesabında məlumat verib.
"Sülh Şurasının yaradıldığını elan etməkdən böyük şərəf duyuram. Şuranın tərkibi tezliklə açıqlanacaq, amma əminliklə deyə bilərəm ki, bu, istənilən vaxt, istənilən yerdə yaradılan ən böyük və ən nüfuzlu Şuradır".
AFP xəbər agentliyinin məlumatına görə, "Sülh Şurası"nın yaradılması müharibədən sonrakı Qəzza Zolağında gündəlik həyatı idarə etmək vəzifəsi daşıyan 15 nəfərlik Fələstin texnokratik hakimiyyətinin yaradılması elan edildikdən qısa müddət sonra elan edilib. Administrasiya "Sülh Şurası"nın nəzarəti altında fəaliyyət göstərəcək.
"Sülh Şurasının sədri olaraq, mən yeni təyin olunmuş Fələstin texnokratik hökumətini dəstəkləyirəm", - deyə Tramp bildirib.
“The Telegraph” qəzetinin xəbərinə görə, “Sülh Şurası”na Böyük Britaniya, Almaniya, Fransa, İtaliya, Səudiyyə Ərəbistanı, Qətər, Misir və Türkiyədən nümayəndələr daxil olacaq.