Advertisment

“Kalaşnikov” PPK-20 tapança-pulemyotu təkmilləşdirib

“Kalaşnikov” konserni 9 mm-lik PPK-20 tapança-pulemyotun modernləşdirilmiş versiyasının istehsalına başlayıb.

Herbiand.az konsernin mətbuat xidmətinə istinadən bildirir ki, silah xüsusi hərbi əməliyyatlar da daxil olmaqla, effektiv döyüş istifadə təcrübəsinə əsaslanaraq təkmilləşdirilib.

Konsernin nümayəndələri qeyd ediblər ki, dəyişikliklər silahın istifadə etdiyi patronların çeşidini genişləndirir. Onun əsas mərmisi 7N21 yüksək impulslu zirehdələn patrondur. PPK-20 həmçinin, yerli və xarici istehsal olan əksər 9x19 mm patronlardan da istifadə edə bilər.

Bildirilib ki, “Kalaşnikov” 2025-ci ilin müqaviləsini uğurla yerinə yetirib və dekabr ayında PPK-20-ni müştəriyə göndərib. Güllə darağı 30 patron tutur.

Silah Rusiyanın müxtəlif hüquq-mühafizə orqanları və ixrac üçün kütləvi istehsal olunur.

Bəxtiyar CƏFƏRLİ