Avropa İttifaqı Monitorinq Missiyasının Ermənistandakı Qafan ofisinin nümayəndələri Meğri İncəsənət Məktəbini ziyarət edərək məktəbin gənc rəssamlarına sertifikatlar təqdim ediblər.
Herbiand.az xəbər verir ki, bu barədə Missiyasının rəsmi X hesabında məlumat paylaşılıb.
Son vaxtlar Azərbaycan və Ermənistan arasında sülh prosesinin irəliləyişi missiya mənsubları da belə işlərlə vaxt keçirməsinə məcburiyyət yaradıb.
Xatırladaq ki, Qarabağda da Rusiya “sülhməramlı” kontingenti vaxtaşırı bu cür tədbirlərlə fəaliyyət görüntüsü yaratmağa cəhd edirdi.