Pakistan və Əfqanıstan 16 martda Pakistanın Kabil və Nəngərhar əyalətinə hava hücumları ilə bağlı tamamilə fərqli məlumatlar təqdim edirlər.
Herbiand.az xəbər verir ki, Əfqanıstana hakim olan radikal islamçı Taliban hərəkatı Kabilə edilən hücumların narkotik asılılıqdan əziyyət çəkənlər üçün klinikanı dağıtdığını, 400 nəfərin ölümünə və 250 nəfərin yaralanmasına səbəb olduğunu iddia edir.
Pakistan da öz növbəsində mülki obyektə edilən hücumda iştirakını inkar edir.
Pakistanın informasiya və yayım naziri Attaullah Tarar X sosial media hesabında yazıb ki, "Saleh Qəzəb" əməliyyatının hədəfi Talibanın hərbi obyektləri olub.
Yazıda vurğulanıb ki, Kabildəki iki yerdə sursat anbarları və texniki dəstək infrastrukturu məhv edilib. "Zərbələrdən sonra görünən ikinci dərəcəli partlayışlar böyük sursat anbarlarının mövcudluğunu açıq şəkildə göstərir", - deyə Pakistan naziri qeyd edib.