Ukrayna prezidenti Vladimir Zelenski Silahlı Qüvvələrdə cinsi təcavüzə qarşı mübarizə mexanizmlərini tətbiq edən qanunu təsdiqləyib.
Herbiand.az bildirir ki, bu məlumat qanun layihəsinin Ali Radadakı rəsmi saytında dərc edilib.
İndi komanda heyəti təcavüz barədə məlumat aldıqdan sonra dərhal tədbir görməlidir. Bundan əlavə, komandirlərə cinsi azadlığa qarşı cinayətlərdə şübhəli bilinən hərbçiləri həbs etmək hüququ verilir.
Həmçinin, orduda yeni prosedurlar tətbiq olunacaq: hərbçilər artıq əsgər yoldaşlarının davranış qaydalarına qarşı anonim şikayətlər verə biləcəklər və bölmələr gender ayrı-seçkiliyinin qarşısını almağa yönəlmiş şəxsi heyət üçün əlavə təlimlər keçirəcəklər.
Bəxtiyar CƏFƏRLİ