Advertisment

“Böyük müharibə davam etdikcə, səfərbərlik həmişə olacaq” - Ukraynalı polkovnik

Ölkədə böyük müharibə davam etdiyi müddətcə səfərbərliyi dayandırmaq mümkün deyil.

Herbiand.az xəbər verir ki, bunu Ukrayna Silahlı Qüvvələrinin hava-desant hücum qüvvələrinin 199-cu təlim mərkəzinin rəis müavini, polkovnik Vladimir Kobılyanski “Telegraf”a verdiyi müsahibədə bildirib.

Hazırkı formada səfərbərliyin ləğv edilib-edilməməsi və hər şeyin işə qəbul mərkəzlərinə köçürülüb-köçürülməməsi ilə bağlı suala cavab olaraq, o, 1998-ci ildən orduda olduğunu, ən böyükdən ən kiçiyə qədər müxtəlif ölkələrdəki müharibələrin tarixi ilə maraqlandığını qeyd edib: “Böyük müharibə davam etdiyi müddətcə, səfərbərlik həmişə mövcud olacaq. Hər şeyi işə qəbula keçirmək mümkün deyil. Bu, qeyri-realdır. Çünki mülki həyatda olan hər kəsə orduda öləcəyiniz deyildiyi müddətcə və insanlar “niyə qonşum yox, mən getməliyəm?” deyə soruşduqda səfərbərlik lazım olacaq”.

Polkovnik əlavə edib ki, heç bir müqavilə və ya xarici ölkə ilə bunu əvəz etmək mümkün deyil.

Bəxtiyar CƏFƏRLİ