Advertisment

Gəncədə 55 yaşlı kişi avtomobildə öldü

Gəncə şəhərində sürücü sükan arxasında ölüb.

Herbiand.az -ın məlumatına görə, hadisə martın 16-da səhər saatlarında baş verib.

1971-ci il təvəllüdlü Nuruzadə Mustafayev idarə etdiyi VAZ-2106 avtomobili ilə hərəkətdə olarkən qəfil özünü pis hiss edib. O, avtomobildə dünyasını dəyişib.

İlkin ehtimalla N.Mustafayev infarktdan ölüb.

Faktla bağlı araşdırma aparılır.