Advertisment

NATO Baş katibinin xüsusi nümayəndəsi Paşinuynala görüşüb

Ermənistanın Baş naziri Nikol Paşinyan NATO Baş katibinin Qafqaz və Orta Asiya üzrə xüsusi nümayəndəsi Kevin Hamiltonu qəbul edib.

Herbiand.az xəbər verir ki, Baş nazir Aparatının İnformasiya və İctimaiyyətlə Əlaqələr şöbəsinin məlumatına görə, Nikol Paşinyan regionda təhlükəsizlik və sabitliyin gücləndirilməsi üçün Ermənistanla NATO arasında əməkdaşlığın və sıx dialoqun vacibliyini vurğulayıb.

Ermənistan-NATO tərəfdaşlıq gündəliyindəki bir sıra məsələlər müzakirə olunub. Əməkdaşlığın inkişaf perspektivləri və qarşılıqlı maraq doğuran sahələrdə proqramların effektiv şəkildə həyata keçirilməsi müzakirə edilib.

Kevin Hamilton qeyd edib ki, NATO Ermənistanla tərəfdaşlığına böyük əhəmiyyət verir və qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığı davam etdirməyə hazırdır.