Polşa Slovakiyanın baş naziri Robert Fiçonun təyyarəsinin Moskvaya gedərkən öz ərazisi üzərindən uçmasını qadağan edəcək.
Herbiand.az xəbər verir ki, bu barədə Polşa diplomatik dairələrindəki mənbə RİA Novosti agentliyinə bildirib.
“Slovakiya baş nazirinin təyyarəsinin ölkə üzərindən uçması üçün edilən müraciət rəsmi olaraq nəzərdən keçirilir və bir müddət nəzərdən keçiriləcək, lakin heç kim belə bir icazə vermək niyyətində deyil. Bu, 100% baş verməyəcək”, - agentliyin mənbəyi deyib.
O, xatırladıb ki, hazırda Polşa-Rusiya və Polşa-Belarus sərhədləri boyunca hava nəqliyyatı yoxdur: “Rəsmi qadağa var və Xarici İşlər Nazirliyi Moskvaya səfər etmək niyyətində olan Slovakiya baş nazirinin xatirinə onu ləğv etmək üçün heç bir səbəb görmür”.
Bəxtiyar CƏFƏRLİ