Naməlum fırıldaqçılar İranın hakimiyyət nümayəndələri adından bir neçə gəmi şirkətinə Hörmüz boğazından təhlükəsiz keçmək üçün kriptovalyuta ilə ödəniş tələb edən məktublar göndəriblər.
Herbiand.az-ın Reuters agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Yunanıstanın dənizçilik risklərinin idarə edilməsi üzrə Marisks şirkəti məlumat verib.
Şirkətin məlumatına görə, ən azı bir gəmi fırıldaqçılığın qurbanı olub. Gəmi 18 apreldə Hörmüz boğazından çıxmağa cəhd edib və atəşə tutulub.
“Sənədləri təqdim etdikdən və İran təhlükəsizlik xidmətlərinə uyğunluğunuzu qiymətləndirdikdən sonra kriptovalyuta ilə (BTC və ya USDT) ödəniləcək rüsumu müəyyən edə biləcəyik. Yalnız bundan sonra sizin gəminiz əvvəlcədən razılaşdırılmış vaxtda boğazdan sərbəst şəkildə keçə biləcək”, - Marisk fırıldaqçıların göndərdiyi mesajı sitat gətirib.
Bəxtiyar CƏFƏRLİ