Advertisment

Tramp daha geniş miqyaslı müharibə barədə düşünür

ABŞ prezidenti İrana qarşı tammiqyaslı hərbi əməliyyat barədə yenidən düşünməyə başlayıb.

Herbiand.az xəbər verir ki, bu barədə CNN öz mənbələrinə istinadən məlumat yayıb.

Adı açıqlanmayan mənbələrin məlumatına görə, Hörmüz boğazının bağlı qalmasının davam etməsi, İranın Vaşinqtonun tə\ləblərinə rəğmən güzəştlərdən imtina Donald Trampın getdikcə səbrini daşırır.

Mənbə onu das bildirib ki, ABŞ administrasiyası Tehranın güzəştlərdən imtinasını İran hakimiyyəti daxilində olan fikir ayrılıqları ilə əlaqələndirir.