Advertisment

“Rheinmetall” Noysdakı zavodunda kamikaze dronların istehsalına başlayıb

Almaniyanın “Rheinmetall” müdafiə şirkəti ölkənin qərbindəki Noys zavodunda kamikaze dronların istehsalına başlayıb.

Herbiand.az bildirir ki, bu barədə şirkətin baş direktoru Armin Papperger danışıb.

Mövcud məlumatlara görə, dronların mənzili 100 km-ə qədərdir və detonator da daxil olmaqla döyüş başlığı təxminən 4 kq ağırlığındadır. Dron 70 dəqiqəyə qədər havada qala və hədəfləri müşahidə edə bilər. Dronlar partlayıcı maddələrlə silahlanıb və kəşfiyyat üçün də istifadə edilə bilər. Aparat birdəfəlik istifadə üçün nəzərdə tutulub.

Papperger qeyd edib ki, şirkət dronu cəmi bir neçə ay ərzində hazırlayıb: "Aparat 4 kiloqramlıq döyüş başlığı sayəsində kəşfiyyat və döyüş funksiyalarını birləşdirir. Əsas və ən vacib cəhət istehsalın tamamilə Aİ-də lokallaşdırılmasıdır: dronun özü Almaniyada, döyüş başlığı isə İtaliyada istehsal olunur.

Qeyd edək ki, Noys zavodu əvvəllər avtomobil komponentləri istehsal edirdi.

Bəxtiyar CƏFƏRLİ