Dronların meydana gəlməsi ilə döyüş taktikasının əhəmiyyətli dərəcədə dəyişməsinə baxmayaraq, tanklar quru qüvvələrin aparıcı zərbə qüvvəsi statusunu itirməyib.
Herbiand.az xəbər verir ki, bunu rusiyalı hərbi ekspert Andrey Maroçko deyib.
O, bildirib ki, tank həmişə quru qüvvələrin əsas zərbə qüvvəsi olub və belə də qalır: “Üstəlik, bu, Sovet İttifaqının mirasıdır və təbii ki, Ukrayna indi bu zirehli texnikadan müdafiə xətlərini keçmək və ya müəyyən mövqeləri tutmaq üçün istifadə edir".
Ekspertin sözlərinə görə, dronların aktiv istifadəsi ilə bağlı mövcud reallıq təmas xətti boyunca hər iki tərəfin strategiyasına düzəlişlər etməyə məcbur edib: “Lakin zirehli texnikanı hesabdan silmək hələ tezdir. Tanklar indi daha çox artilleriya qurğuları kimi istifadə olunur, baxmayaraq ki, onların əks-hücumlar üçün istifadəsi halları da mövcuddur”.
Bəxtiyar CƏFƏRLİ