Advertisment

TDT çərçivəsində süni intellekt sahəsində strateji əməkdaşlıq şəbəkəsinin yaradılması təklif edilib

Türk Dövlətləri Təşkilatı çərçivəsində süni intellekt sahəsində strateji əməkdaşlıq şəbəkəsinin yaradılması vacibdir.

 

Herbiand.az xəbər verir ki, bunu Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə bildirib.

 

“Bu mexanizm vasitəsilə iqtisadi inkişafın yeni nöqtələrini müəyyən edə bilərik. Bulud və kvant hesablama texnologiyalarının inkişafı, açıq və vahid rəqəmsal məkanın yaradılması üçün böyük imkanlar mövcuddur. Özbəkistan son illərdə xarici tərəfdaşlarla birlikdə məlumat mərkəzlərinin yaradılmasına 6 milyard dollar sərmayə cəlb edib. Biz bu məlumat mərkəzlərini yüksək sürətli əlaqə xətləri ilə birləşdirən rəqəmsal türk dəhlizinin yaradılmasını təklif edirik. Bu sahədə əməkdaşlığı gücləndirmək məqsədilə təşkilata üzv dövlətlərin iştirakı ilə texnologiya forumunun keçirilməsini də təklif edirik”, - o deyib.

 

Özbəkistan lideri bu il Xivə şəhərinin Türk Dünyası Gənclər Paytaxtı elan olunmasını qeyd edib: “Bu qərar xüsusilə gənclərimizə böyük motivasiya verəcək. Bu çərçivədə Gənc Liderlər Forumu və Beynəlxalq Gənclər Festivalını keçirməyə hazırıq. Qeyd etmək lazımdır ki, sürətlə dəyişən dünyada rəqabətə davamlı kadrların hazırlanması məqsədilə “Bir milyon süni intellekt lideri” proqramını həyata keçiririk”.