Pakistanın Baş naziri Şahbaz Şərif Rusiyaya səfərə hazırlaşır.
Herbiand.az TASS-a istinadən xəbər verior ki, bu barədə Pakistanın Rusiyadakı səfiri Faysal Niyaz Tirmizi məlumat verib.
Səfir müsahibəsində səfərin vaxtının yay aylarında dəqiqləşəcəyini bildirib:
“Ümid edirəm ki, tarix artıq iyun və ya iyul ayına yaxın dəqiqləşəcək. Baş nazir bu səfəri səbirsizliklə gözləyir”.