Advertisment

Rus komandir hücum dəstələrinin döyüşə necə hazırlaşdığı barədə danışıb

Hər şeyin mükəmməl getməsi üçün hücuma ideal hazırlaşmaq mümkün deyil. Döyüş həmişə sürətli və gözlənilməz gedir, buna görə də əsgərlər istənilən vəziyyətə hazır olmalıdırlar.

Herbiand.az bildirir ki, bu barədə Rusiya Silahlı Qüvvələrinin motoatıcı tağımının komandiri, baş leytenant Aleksandr Frolov deyib.

Onun sözlərinə görə, hər hücumdan, hətta kiçik bir hücumdan əvvəl belə, hücum qrupları marşrutlar və bölmələr arasında qarşılıqlı əlaqələri diqqətlə planlaşdırırlar: “Bəzi hallarda əsgərlər təlim meydançalarında tapşırıqları əvvəlcədən dəfələrlə yoxlayırlar. Həmişə hər şeyi kəşfiyyat dronlarından xəritələr və şəkillərlə yoxlayırıq. Hər detalı”.

Frolov qeyd edib ki, hücum bölmələri üçün xüsusi psixoloji hazırlıq tələb olunmur. Rus əsgərlər əvvəldən döyüş tapşırıqlarını yerinə yetirməyə hazırdırlar. O, özünü isə "Tanrı bizimlədir" düşüncəsi ilə ruhlandırır.

Komandir həmçinin bildirib ki, tapşırıqlar arasındakı fasilələrdə hərbçilər qarşıdan gələn əməliyyatları müzakirə edir, təcrübələrini və effektivliyi artırmaq üçün keçmiş əməliyyatları nəzərdən keçirirlər.

Bəxtiyar CƏFƏRLİ