Advertisment

Hindistan Rusiyanın sanksiya altında olan qazını almaqdan imtina edib

Yaxın Şərqdəki müharibənin yaratdığı çatışmazlığa baxmayaraq, Hindistan ABŞ sanksiyalarına məruz qalan Rusiya mayeləşdirilmiş təbii qazını almaqdan imtina edib.

Herbiand.az xəbər verir ki, bu barədə Reuters məlumatlı mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, Hindistanda lövbər salması planlaşdırılan və Rusiya qazını daşıyan Kunpeng tankerinin təyinat yeri hələ də bəlli deyil.

İranla münaqişə Hörmüz boğazından keçən nəqliyyatı dayandırmazdan əvvəl Hindistan qaz ehtiyacının yarısını idxal hesabına ödəyirdi və bu qazın təxminən 60%-i boğazdan keçirdi.