Advertisment

Aktau limanından BTC kəməri istiqamətində daşınan neftin həcmi açıqlanıb

Bu ilin yanvar-aprel aylarında Qazaxıstan neftinin Aktau limanından Bakı–Tbilisi–Ceyhan (BTC) neft kəməri istiqamətində daşınma həcmi 471 min ton təşkil edib.

Bu barədə Herbiand.az Qazaxıstanın “KazTransOil” şirkətinə istinadən xəbər verir.

Məlumatına görə, təkcə aprel ayında bu marşrut üzrə 125 min ton xam neft nəql olunub.