Advertisment

Ukraynalı iş adamı hərbçilərə 21 mikroavtobus bağışlayıb - FOTO

Ukraynalı iş adamı Maksim Krippa tərəfindən təsis edilən MK Foundation Ukrayna ordusuna 21 mikroavtobus bağışlayıb.

Herbiand.az Ukrayna mətbuatına istinadən bildirir ki, bu, fondun 2022-ci ildən bəri orduya göstərdiyi sistemli dəstəyin bir hissəsidir.

Tammiqyaslı müharibənin 5-ci ilində nəqliyyat vasitələri cəbhədə həm logistika, həm də döyüş missiyaları üçün vacib resurs olaraq qalır.

Bu dəfə nəqliyyat vasitələri ərazi müdafiəsi bölmələri, Dövlət ixtisaslaşmış nəqliyyat xidməti, tibb işçiləri, artilleriyaçılar, rabitəçilər və pilotsuz sistem bölmələri tərəfindən qəbul edilib.

MK Foundation 2022-ci ildə iş adamı Maksim Krippan tərəfindən təsis edilmiş xeyriyyə təşəbbüsüdür. Fond ictimai ianələr toplamır və özəl kapital vasitəsilə fəaliyyət göstərir.

Bəxtiyar CƏFƏRLİ