Rusiya Təhlükəsizlik Şurasının sədr müavini və “Vahid Rusiya” partiyasının sədri Dmitri Medvedev “Sarmat” raket sisteminin uğurlu sınağı ilə bağlı danışarkən, Rusiyanın bütün Qərb "dostlarını" təbrik edərək qeyd edib ki, indi onlar daha yaxın olublar.
Mayın 12-də Strateji Raket Qüvvələrinin komandanı Sergey Karakayev Rusiya Prezidenti Vladimir Putinə ən son ağır maye yanacaqla işləyən “Sarmat” qitələrarası ballistik raketinin uğurlu sınaq buraxılışı ilə bağlı məlumat verib.
"Rusiyanın bütün Qərb "dostlarını" “Sarmat” strateji raket sisteminin uğurlu sınağı münasibətilə təbrik edirəm. İndi hamınız bizə daha yaxınsınız", - Medvedev “Max” platformasında yazıb.
Bəxtiyar CƏFƏRLİ