Advertisment

Slovakiya Milli Şurasının sədri Heydər Əliyevin məzarını ziyarət edib

Azərbaycanda səfərdə olan Slovakiya Milli Şurasının sədri Rixard Raşinin başçılıq etdiyi nümayəndə heyəti Fəxri xiyabanı ziyarət edib.

Nümayəndə heyəti xalqımızın Ümummilli Lideri Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyub, tər güllər düzüb.

Xatırladaq ki, Rixard Raşi ötən axşam ölkəmizə rəsmi səfərə gəlib. Azərbaycan Prezidenti İlham Əliyev bu gün Slovakiya Milli Şurasının sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.