Advertisment

Rusiya Qara dənizdə Çin gəmisinə hücum etdi

Gecə hücumu zamanı Rusiya ordusu Qara dənizdə Çin ticarət gəmisinə “Şahed” ilə hücum edib.

Herbiand.az xəbər verir ki, bu abrədə Ukrayna Hərbi Dəniz Qüvvələrinin sözçüsü Dmitri Pletençuk məlumat verib.

"Maraqlıdır, bu gecə dənizimizdə Çin ticarət gəmisinə “Şahed” ilə atəş açmağa rusları nə vadar etdi? Heç bir itki olmadı, amma bu, yeni bir şeydir... Çinə yola düşməzdən əvvəl Çin gəmisinə hədəflənmiş zərbə. Bu, Moskva diplomatiyasıdır", - Pletençuk yazıb.

Gəmi Marşal Adalarının bayrağı altında üzür, göyərtədəki heyət Çin vətəndaşlarıdır.

Ukrayna Hərbi Dəniz Qüvvələrinin sözçüsü qeyd edib ki, Rusiya bir daha nümayiş etdirdi ki, onun hücumları təkcə Ukrayna üçün deyil, hətta indi Qara dənizdə gəmiləri fəaliyyət göstərən ən yaxın tərəfdaşları üçün də təhlükə yaradır.