Advertisment

ABŞ son zərbələrdən sonar da danışıqları davam etdirmək niyyətindədir

İranla qarşılıqlı hava zərbələrindən sonra ABŞ yekun razılığa gəlmək üçün danışıqları davam etdirmək niyyətindədir.

Herbiand.az xəbər verir ki, bu barədə ABŞ rəsmisi The Wall Street Journal qəzetinə bildirib.

Çərşənbə axşamı günü ABŞ İran sahili boyunca hədəflərə hava hücumları həyata keçirib və Tehranın Hörmüz boğazı yaxınlığında gəmilərə son hücumlarına cavab olaraq İranın qanuni olaraq neft satmaq imkanını bloklayıb.

Yüksək vəzifəli ABŞ rəsmisinin sözlərinə görə, İran əks-hücumlarla cavab verib, bir neçə həftə ərzində danışıqlar aparılan müvəqqəti sülh müqaviləsini pozmaqla və neft qiymətlərini qaldırmaqla hədələyib.