Advertisment

Ermənistan hökuməti TRIPP layihəsini təsdiqlyib

Ermənistan hökuməti Ermənistan Respublikası ilə Amerika Birləşmiş Ştatları arasında Beynəlxalq Sülh və Rifah naminə Tramp Yolunda Strateji Əməkdaşlıq haqqında Çərçivə Sazişini (TRIPP) təsdiqləyən qanun layihəsini təsdiqləyib.

Herbiand.az erməni mənbələrinə istinadən xəbər verir ki, layihəni Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan 16 iyulda hökumətin iclasında təqdim edib.

O bildirib ki, qərarın qəbul edilməsi sazişin təsdiqlənməsi prosesinə başlayır. Layihə Konstitusiya Məhkəməsinə təqdim olunacaq və sazişdə nəzərdə tutulan öhdəliklər konstitusiyaya uyğun hesab edilərsə, parlamentə təqdim olunacaq.

TRIPP layihəsini həyata keçirmək üçün təsis olunan şirkət müvafiq zonalarda torpaqdan istifadə və inkişaf hüquqlarını ilkin olaraq 49 il müddətinə alacaq. Bu müddət ərzində şirkətin səhmlərinin 74 faizi ABŞ-a, 26 faizi isə Ermənistana məxsus olacaq.