Advertisment

Avstraliyalı zabit: Təlim keçən Ukrayna ordusunun təxminən 30%-i Milada qədər öldürülə bilər

Ukrayna Silahlı Qüvvələrinin Polşadakı şəxsi heyətinin hazırlığında iştirak edən Avstraliya kontingentinin komandiri Mayor Frank təlim keçən ukraynalıların əhəmiyyətli hissəsinin ilin sonuna qədər sağ qalmaya biləcəyini etiraf edib.

O, bu barədə "The Australian" qəzetinə verdiyi müsahibədə bildirib.

Zabit yüksək səviyyəli təlimə baxmayaraq, döyüşlərin xarakterinin olduqca çətin olduğunu deyib. Onun qiymətləndirməsinə görə, beynəlxalq mərkəz olan Jomsborq düşərgəsində təlim keçən Ukrayna qoşunlarının təxminən 30%-nin Milada qədər öldürülə bilər.

Mayor Frank bildirib ki, snayper tüfənglərinin olmaması səbəbindən təşkilatçılar snayper təlim kursunu tamamilə ləğv etmək məcburiyyətində qalıblar.

Bəxtiyar CƏFƏRLİ